XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Vladimir Kliçko üçün 40 milyon dollarlıq təklif
İdman 13:59 / 06.03.2019


Tanınmış ukraynalı boksçu Vladimir Kliçkonun yenidən rinqə qayıtması üçün 40 milyon dollar təklif edilib.
Təklif olunan müqavilə əsasında Kliçko üç döyüşə çıxmalıdır. Birinci döyüş Almaniyada ən güclü onluqda olan boksçu ilə, ikinci və üçüncü döyüşlər isə Entoni Djouş və Tayson Fyuri ilə olmalıdır. Əgər razılıq olsa, hər üç döyüş may, sentyabr və dekabr aylarında keçiriləcək.
Qeyd edək ki, 2017-ci ilin avqust ayında ağır çəki üzrə sabiq dünya çempionu Vladimir Kliçko karyerasına son qoyduğunu rəsmən bəyan edib. Vladimir Kliçko 1996-cı ildən peşəkar boks yarışlarında çıxış etməyə başlayıb. O, WBO, IBO, IBF və WBA versiyaları üzrə dünya çempionu olub. 1996-cı ildə Atlantada keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanıb. 21 illik karyerasında 69 döyüşü olub, onlardan 64-də qalib gəlib.

33244 oxunub

InvestAZ