XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəyə başlayır
İdman 12:00 / 18.08.2020
Bu gün Azərbaycanın "Qarabağ” klubu avrokuboklarda 2020-2021-ci il mövsümünə start verir. Ağdamlılar I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks” klubunu qəbul edəcəklər.
Bu oyunun qalibi yeni reqlamentə görə, bir oyunla məlum olacaq.
Qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Yaroslav Kozıka yan xətt hakimləri Viktor Nijnik və Vladimir Korotin köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Anatoli Abdulla yerinə yetirəcək. Görüşün hakim-inspektoru isə macarıstanlı Atilla Abraham olacaq. Qeyd edək ki, "Qarabağ” - "Sileks” oyunu avqustun 18-də saat 20:00-da başlayacaq. Bu cütün qalibi II təsnifat mərhələsində "Şerif” (Moldova) - "Fola Eş” (Lüksemburq) oyununun güclüsü ilə üz-üzə gələcək.

32562 oxunub

InvestAZ