XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Avropa Liqası: “İnter” finalda “Sevilya”ya rəqib oldu
İdman 10:04 / 18.08.2020
Futbol üzrə UEFA Avropa Liqasının ikinci yarımfinal oyunu keçirilib.
Bu mərhələnin ikinci oyun günündə İtaliyanın "İnter” klubu Ukrayna təmsilçisi "Şaxtyor” ilə üz-üzə gəlib.
Düsseldorfdakı "Merkur Şpil-Arena” stadionunda baş tutan görüş İtaliya təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb - 5:0.
İtaliyanların heyətində Lautaro Martines (19, 74), Danilo D Ambrosio (64) və Romelu Lukaku (78, 84) fərqləniblər.
Bu qələbə sayəsində "İnter” UEFA Avropa Liqasının finalında oynamaq hüququ qazanıb. Mərhələnin həlledici görüşündə "İnter” İspaniyanın "Sevilya” klubu ilə qarşılaşacaq. Görüş avqustun 21-də Köln şəhərində təşkil olunacaq.
Qeyd edək ki, "Sevilya” bu mövsüm "Qarabağ” ilə eyni qrupda mübarizə aparıb.
 
Avropa Liqası
 Yarımfinal
 17 avqust
 23:00. "İnter" (İtaliya) - "Şaxtyor" (Ukrayna) - 5:0 Qollar: Martines, 19, 74, D Ambrosio, 64, Lukaku, 78, 84 Baş hakim: Şimon Marçinyak (Polşa) Düsseldorf. "Merkur Şpil Arena"

29974 oxunub

InvestAZ