XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Luis Hamiltonun "Mercedes"i birinci oldu
İdman 17:17 / 17.08.2020
Avqustun 16-da "Mercedes"in pilotu Luis Hamilton Formula 1 İspaniya Qran-Prisinin qalibi olub.
Britaniyalı sürücü mövsümdə dördüncü qələbəsini "Barselona-Kataloniya” avtodromunda keçirilən yarışda qazanıb.
Altmış altı dövrəlik mübarizədə ikinci yeri "Red Bull”un pilotu Maks Ferstappen tutub. Üçüncü pilləni isə L.Hamiltonun komanda yoldaşı Valtteri Bottas əldə edib.
Pilotların siyahısına 132 xalla L.Hamilton başçılıq edir. M.Ferstappen 95 xalla ikinci, V.Bottas isə 89 xalla üçüncü pillədə qərarlaşıblar.
L.Hamilton cari mövsüm 4-cü, yarışın keçirildiyi "Barselona-Kataloniya” trasında 5-ci və karyerasında isə 88-ci qələbəsini qazanıb.
Növbəti yarış avqustun 28-30-da Belçikada təşkil olunacaq.

31336 oxunub

InvestAZ