XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



2:8 hesabından sonra Kike Setyen qala bilməzdi
İdman 16:31 / 17.08.2020
Kike Setyen İspaniyanın "Barselona" futbol komandasının baş məşqçi postundan kənarlaşdırılıb.  
Bu barədə klub prezidenti Xosep Bartomeu COPE radiosuna açıqlamasında bildirib. "Setyen işindən azad olundu" deyə o vurğulayıb. 
61 yaşlı mütəxəssisi İngiltərə "Tottenhem"inin sabiq baş məşqçisi Maurisio Poçettino, hazırda Hollandiya millisinə rəhbərlik edən Ronald Kuman və ya "Barselona"nın keçmiş kapitanı, artıq Qətərin "Əl-Sədd" komandasının sükanı arxasında olan Xavi əvəzləyə bilər. 
Setyen Kataloniya komandasına yanvarda Ernesto Balverdenin əvəzinə təyin olunub. Onun rəhbərliyi dövründə İspaniya La Liqasının qalibi ola bilməyən "Barselona" Çempionlar Liqasının 1/4 finalında Almaniya "Bavariya"sına böyük hesabla uduzub - 2:8. 

36183 oxunub

InvestAZ