XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Qurban Qurbanov: “ İnanmıram ki, oyunçularda arxayınlıq olsun”
İdman 12:23 / 17.08.2020

"Bir oyundan ibarət oyuna çıxacağıq və nəticə də bu görüşdə bilinəcək”.
Bu barədə "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsində "Sileks”lə oyun haqda danışarkən deyib.
Şimali Makedoniya təmsilçisi ilə sabah keçiriləcək qarşılaşma öncəsi 48 yaşlı mütəxəssis mətbuat konfransında fikirlərini bildirib: "Diqqətli və məsuliyyətli olmalıyıq. Problemlərə yol verməməliyik. Oyun təcrübəmiz yoxdur. Düşünürəm ki, futbolçular pis hazırlaşmayıblar. Amma meydanda yaxşı mübarizə olmalıdır. Uğurlu nəticəyə çalışacağıq”.

- Rəqibin oyununu necə təhlil edərdiniz? 
- Rəqibin çempionatda son 2 oyununa baxmışıq. Topla oynamağı xoşlayan komandadır. Burada hansı sürpriz olacaq, necə oyun göstərəcəklərini bilmirik. Topla oynamağı sevmələri bizə çətinlik yarada bilər.

- Ot örtüyündə sanki problem var... 
- Bizdə belə problemlər olur. İşçilər çalışırlar oyuna qədər tam hazır etsinlər.

- Yeni transferlərin uyğunlaşma prosesi necə gedir? 
- Normaldır. Qəbələdə özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. Rəsmi oyuna çıxmayıblar. Çalışırlar komandaya uyğunlaşsınlar.

- "Sileks”in zəif komanda olduğu barədə məlumatlar yayılır. Bu, komandada arxayınlığa yol açmaz? 
- Bu turnirdə zəif komanda olmur. Futbolçularımız da artıq təcrübəlidirlər. Əvvəlki illərdə ola bilsin ki, hansısa rəqibin zəif olduğunu düşünüblər və meydanda bunun əksini görüblər. İnanmıram ki, oyunçularda arxayınlıq olsun.

- Avrokubok təcrübəsi və digər göstəricilərdə "Qarabağ” üstündür. "Sileks”in xeyrinə işləyən amil hansıdır? 
- Bir oyundan həmişə ehtiyatlanmışam. Futbolçular buna çox əhəmiyyət vermir. Bizim üstünlüyümüz həmişə azarkeş amili olub. Çünki Bakıda 20-25 min azarkeşlə oynamışıq. Sabah azarkeşsiz oynamağımız "Sileks”in üstünlüyüdür.

- Uroş Matiçin hazırkı vəziyyəti necədir? 
- Matiç yəqin ki, start heyətində meydana çıxacaq. Bir az gec qoşulub, əsas problemi budur. Amma təcrübəsi ilə bunu aradan qaldıracaq.

- Rəqibin hansı oyunçularını qeyd edərdiniz?
 - Sağ və sol cinah hücumçuları sürətlidir. Sağ cinah müdafiəçiləri də tez-tez hücuma çıxır. Fərdi cəhətdən yaxşı oyunçuları var. Sabah rəqibin əks-hücumlarının qarşısını almaqda diqqətli olmalıyıq.

- Komandanın psixoloji hazırlığı necədir?
 - Düşünürəm ki, onlarla əlavə söhbətə ehtiyac yoxdur. Neçə illərdir bu turnirdə iştirak edirik, bu turniri tanıyırıq. Çalışırıq futbolçuları həmişə psixoloji sıxıntıdan uzaq tutaq.

32808 oxunub

InvestAZ