XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



İkiqat Olimpiya çempionuna cinayət işi açılacaq
İdman 18:00 / 16.08.2020

​Xizək yarışları üzrə ikiqat Olimpiya çempionu norveçli Peter Nortuqun evində​ kokain aşkarlanıb.​ Bu barədə atlet instaqram hesabında məlumat verib. O, böyük bir səhv etdiyini bildirib. Onun sözlərinə görə, ötən gecə sürət həddini aşdığına görə polis onu dayandırıb və qan analizi verməsi üçün xəstəxanaya aparıb. Bundan sonra onun evində axtarış aparılıb və polislər oradan kokain tapıblar.

"Mən​ təəssüf edirəm və yenidən məyus etdiyim insanlardan üzr istəyirəm. Bilirəm ki, bu cinayət işidir. Mən görülən işlərə görə bütün məsuliyyəti öz üzərimə götürəcəyəm”, - deyə idmançı qeyd edib.
Xatırladaq ki, P.Northuq karyerasını 2018-ci ilin dekabrında bitirib. 2010-cu ildə Vankuverdə keçirilən Olimpiya Oyunlarında iki qızıl, bir gümüş və bir bürünc medal qazanıb.


32026 oxunub

InvestAZ