XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Formula-1 Qran-Prisinə hazırlıq yekunlaşır
İdman 11:55 / 06.03.2019


Formula-1 yarışları üzrə Avstraliya Qran-Prisinin təşkilatçıları bəyan ediblər ki, bu il Melburn şəhərinin Albert parkında azarkeşlər üçün xüsusi yer təşkil olunacaq. M-Lane adlanan bu yerdə əsas iaşə məntəqələri, konsert meydançaları və rəngarəng sərgilər olacaq.
Yeni mövsümün yeniliyi göl sahilində yerləşən "Water’s Edge” barı olacaq. Burada yarışların keçiriləcəyi dörd gün ərzində veriləcək içkilərə və qəlyanaltılara əlavə olaraq populyar diceylər çıxış edəcək.
"Australian Grand Prix Corporation” (AGPC) şirkətinin avtomobil idmanı və əyləncə departamentinin rəhbəri Kreyq Fletçer vurğulayıb: "Yeməklər, musiqi, incəsənət və idman Melburnu xarakterizə edən əsas xüsusiyyətlərdir. M-Lane bütün bunların parlaq şəkildə nümayişi üçün ideal meydançadır”.
AGPC mətbuat xidmətinin məlumatında deyilir ki, M-Lane ərazisində rahatlıqla öz yerlərini tutan azarkeşlər dincəlmək və qəlyanaltı etməklə yanaşı, həm də burada quraşdırılmış nəhəng ekranlardan Qran-Pri trasında baş verənləri müşahidə edə biləcəklər. Təklif olunan menyuya gəldikdə isə, onun keyfiyyətinə Melburnun ayaqüstü yeməklər üzrə ixtisaslaşmış ən yaxşı şirkətləri cavabdeh olacaq.
Maraqlıdır ki, təşkilatçılar yürüş uik-endləri zamanı işləmək üçün usta bərbərləri və gözəllik sənayesinin digər təmsilçilərini də dəvət ediblər. Onlar Albert parkın ərazisində özlərinin səyyar salonlarını quracaqlar. Qısası, arzu edən azarkeşlər trasın birbaşa yaxınlığında öz xarici görkəmlərini qaydaya sala biləcəklər.
Eyni zamanda, yürüş halqasının hazırlanması, xüsusən yaxın vaxtlarda onun start-finiş hissəsində hasarların quraşdırılması üzrə işlər başa çatmalıdır.
Ənənəvi olaraq, mövsümün ilk Qran-Prisi Avstraliyada start götürür. Melburn avtodromunda yürüş martın 17-də olacaq.

31921 oxunub

InvestAZ