XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Bu gün​ Avropa Liqasında ilk finalçı müəyyənləşəcək
İdman 10:46 / 16.08.2020

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start veriləcək.​ İlk oyun günündə bir qarşılaşma baş tutacaq.

İndiyədək turnirin ən çox (5 dəfə) qalibi olmuş İspaniya "Sevilya"sı finala​ vəsiqə uğrunda​ İngiltərənin "Mançester Yunayted" klubu ilə qarşılaşacaq.
Almaniyanın Köln şəhərindəki "Reyn Energi" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı almaniyalı FIFA referisi Feliks Brix idarə edəcək.
Vacib oyun öncəsi hər iki komandada itkilər var. "Sevilya"da Sebastyan Korşya zədə səbəbindən, Nemanya Qudel isə koronavirusa yoluxduğu üçün matçı buraxacaqlar. "Qırmızı şeytanlar"ın heyətində isə Fil Cons, Lyuk Şou və Aksel Tuanzebe oynamayacaqlar.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyunu sabah İtaliya "İnter"i ilə Ukrayna "Şaxtyor"u arasında olacaq.

UEFA Avropa Liqası

Yarımfinal

23:00. "Sevilya" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)

Baş hakim:​ Feliks Brix

Almaniya, Köln.​​ "Reyn Energi" stadionu


32471 oxunub

InvestAZ