XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Çempionlar​ Liqasının​ yarımfinalında​ alman-fransız duelləri olacaq
İdman 10:16 / 16.08.2020

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Bu raundun son oyununda İngiltərənin​ "Mançester Siti" klubu ilə Fransa "Lion"u üz-üzə gəlib. Qarşılaşma​ Portuqaliyanın paytaxtı Lissabondakı "Joze Alvalade” stadionunda baş tutub.​ 3:1 hesabı ilə qələbə qazanan "Lion" yarımfinala yüksəlib.​ Görüşdə hesab 24-cü dəqiqədə açılıb.​ "Lion"un heyətində Maksvel Korne fərqlənib. Birinci hissədə qapılara başqa qol vurulmayıb. İngiltərə təmsilçisi 69-cu dəqiqədə hesabı bərabərləşdirə bilib.​ Kevin De Bröyne dəqiq oynayıb. "Şəhərlilər" 10 dəqiqə sonra yenidən mərkəzə dəvət olunub. Meydana yeni daxil olan Mussa Dembele "Lion"u​ önə keçirib. 24 yaşlı hücumçu 87-ci dəqiqədə özünün ikinci, komandasının isə üçüncü qoluna imza atıb.​ ​
"Lion" yarımfinalda "Barselona"nı (İspaniya) 8:2 hesabı ilə darmadağın edən Almaniya "Bavariya"sı ilə qarşılaşacaq.
Qeyd edək ki, yarımfinalın digər oyununda isə PSJ (Fransa) və​ "Leyptsiq" (Almaniya) komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Oyunlar 18 - 19 avqust tarixlərində keçiriləcək.

13 avqust

Çempionlar Liqası, 1/4 final

23:00. "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa) - 1:3​

Qol: Kevin De Bröyne, 69 - Maksvel Korne, 24. Mussa Dembele, 79. 87
Baş hakim:​ Denni Makkeli
Portuqaliya, Lissabon.​ "Joze Alvalade” stadionu


29732 oxunub

InvestAZ