XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Sumqayıt” klubundan yeni transfer
İdman 19:39 / 15.08.2020

"Sumqayıt” klubundan yeni transfer

2020/2021-ci illər mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt” futbol klubu növbəti futbolçunu heyətinə cəlb edib. Belə ki, son klubu İsfahanın "Sepahan” komandası olan Azərbaycan əsilli futbolçu Əli Qurbani ilə 1+1 illik müqavilə imzalanıb. 29 yaşlı hücumçu komanda da "9” nömrəli formada çıxış edəcək.
Cənubi azərbaycanlı olan Əli Qurbani "Nassaji” klubunun yetirməsidir. 2010-2011-ci illər mövsümündə adıçəkilən klubun əsas komandasının da formasını geyinib (18 oyun, 3 qol). Əli son klubu olan "Sepahan”la yanaşı (39 oyun, 4 qol) "Gahar” (23 oyun, 7 qol), "Shahr Khodro” (17 oyun, 3 qol), "Naft Tehran” (61 oyun, 16 qol), "İstiqlal” (55 oyun, 13 qol) və "Spartak Trnava” (9 oyun, 2 qol) klublarında da oynayıb.


31350 oxunub

InvestAZ