XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Həmyerlimiz Brilliant Liqada 5-ci oldu
İdman 17:43 / 15.08.2020

Türkiyə milli komandasının əslən azərbaycanlı atleti Ramil Quliyev Monakodakı Brilliant Liqada medal qazana bilməyib. 30 yaşlı idmançı 200 metr məsafəyə qaçışda 20,80 saniyə nəticə göstərib.

Dünya və Avropa çempionu 5-ci yerlə kifayətlənib. ABŞ təmsilçisi Noa Lays 19,76 saniyə ilə birinci olub.​
Qeyd edək ki, Ramil Quliyev 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda dünya çempionu olub. Atlet 2018-ci ildə Almaniyanın paytaxtı Berlində Avropa çempionu adını qazanıb.


47418 oxunub

InvestAZ