XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Müllerdən yeni rekord​
İdman 16:27 / 15.08.2020

Avqustun 14-də UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin mərkəzi qarşılaşmasında - "Bavariya” və "Barselona” klubları arasında keçirilən görüşdə bir neçə rekord qeydə alınıb.

Bu oyun Münhen təmsilçisinin futbolçusu Tomas Müller üçün əlamətdar olub. Belə ki, alman forvard oyunda dubl edərək UEFA Çempionlar Liqasının altı oyununda beş qol vuran üçüncü futbolçu olub. O, bu göstəriciyə görə "Milan”nın sabiq futbolçusu və Ukrayna millisinin hazırki baş məşqçisi Andrey Şevçenkonu qabaqlayıb.
Həmçinin bu oyunda digər rekord "Bavariya”ya məxsusdur.
Münhen klubu UEFA Çempionlar Liqası tarixində pley-off matçında bir oyunda 8 qol vuran ilk komanda olub. Bu qalibiyyətlə "Bavariya” mövsümdəki qollarının sayını 39-a çatdırıb.
Qeyd edək ki, "Bavariya" növbəti mərhələdə "Mançester Siti" (İngiltərə) – "Lion" (Fransa) cütünün qalibi ilə qarşılaşacaq. Yarımfinalın digər oyununda isə "PSJ” (Fransa) və "Leypsiq" (Almaniya) komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Görüşlər müvafiq olaraq avqustun 18 və 19-da keçiriləcək


37095 oxunub

InvestAZ