XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Komandadan getmək üçün hazıram”
İdman 16:16 / 15.08.2020

"Bizim üçün utancverici bir oyun oldu. Oyunu kabus adlandırmaq daha doğru olar. Azarkeşlərimizdən biabırçı oyuna görə üzr istəyirəm. Belə rəqabət aparmaq, bu cür oynamaq olmaz. Bu biabırçı çıxışlar ilk dəfə deyil”.

Bu sözləri "Barselona”nın müdafiəçisi Jerar Pike deyib. O,​ Çempionlar Liqasının 1/4 finalında "Bavariya”ya 2:8 hesabı ilə uduzaraq turnirlə vidalaşdıqları matçdan sonra biabırçı məğlubiyyəti şərh edib. Pike komandada dəyişikliklərin qaçılmaz olduğunu bildirib:
"Bizim üçün çox çətindir. Ümid edirəm ki, bu qarşılaşmadan sonra faydalı bir dərs götürərərik. Dəyişikliklər lazımdır. Mən indi oyunçular və ya məşqçilər haqda danışmıram. Kiməsə işarə etmək istəmirəm. Amma hər bir yerdə struktur dəyişiklikləri lazımdır. Çünki bu, ilk dəfə deyil. Əvəzedilməz kimsə yoxdur. Komandaya yeni nəfəs və dinamika lazımdırsa, ayrılmağa hazıram. Belə vəziyyətdə getmək üçün ən çox hazır olan mənəm. Çünki biz hər şeyin sonuna çatdıq. Komandada hamı diqqətli olmalıdır. Reaksiya verilməli və klub üçün ən doğru qərarı müəyyənləşdirməlidir. İndi əsas olan budur”.


32262 oxunub

InvestAZ