XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Lissabonda qol yağışı
İdman 10:07 / 15.08.2020

Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.

Yarımfinala 3-cü vəsiqə uğrunda matçda İspaniya "Barselona”sı ilə Almaniya "Bavariya"sı üz-üzə gəlib. Görüş Münhen klubunun böyükhesablı qələbəsi ilə başa çatıb - 8:2.
Qarşılıqlı hücumlarla başlayan oyunda hesab erkən açılıb. Bundesliqa çempionunun heyətində Tomas Müller 4-cü dəqiqədə fərqlənib. Lakin almanların sevinci çox çəkməyib. Cəmi 3 dəqiqə sonra David Alaba topu öz qapısına göndərərək "Barselona"nın hesabı bərabərləşdirməsinə imkan yaradıb.
Bundan sonra kataloniyalılar bir neçə dəfə rəqibin qapısı qarşısında təhlükəli epizodlar yaratsa da, qolu "Bavariya" vurub. 22-ci dəqiqədə İvan Perişiç dəqiq zərbə ilə komandasını yenidən önə çıxarıb. Hücumlarını davam etdirən münhenlilər 6 dəqiqə sonra rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət ediblər. Bu dəfə Serj Qnabri müdafiənin arxasına atılan topu qapıdan keçirib. 31-ci dəqiqədə isə Müller dubl edərək ilk hissədə yekun hesabı müəyyənləşdirib - 4:1.
Fasilədən sonra toparlanmağa çalışan "Barselona" 57-ci dəqiqədə Luis Suaresin qolu ilə fərqi azaltsa da, 6 dəqiqə sonra "Bavariya" 5-ci dəfə rəqibi məyus edib. Yozua Kimmix adını tabloya yazdırıb. 82-ci dəqiqədə Robert Levandovski 6-cı topu ispaniyalıların qapısına vurub. Bununla kifayətlənməyən "Bavariya" rəqibi daha 2 dəfə cəzalandırıb. Filippe Koutinyo 85 və 89-cu dəqiqələrdə fərqlənərək matçda son nöqtəni qoyub - 8:2.
Qeyd edək ki, "Bavariya" növbəti mərhələdə "Mançester Siti" (İngiltərə) – "Lion" (Fransa) cütünün qalibi ilə qarşılaşacaq. Yarımfinalın digər oyununda isə PSJ (Fransa) və "Leyptsiq" (Almaniya) komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Oyunlar 18 - 19 avqust tarixlərində keçiriləcək.


32238 oxunub

InvestAZ