XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Barselona” və “Bavariya” – Statistika
İdman 16:54 / 14.08.2020
Bu gün futbolsevərlərin nəzəri Portuqaliyanın paytaxtı Lissabona yönələcək. "Eştadiu da Luş” stadionunda təşkil olunacaq oyunda Çempionlar Liqasınınəsas favoritlərindən sayılan "Barselona” və "Bavariya” klubları üz-üzə gələcək. Sloveniyalı referi Damir Skomina idarə edəcək matçda hər iki komanda yarımfinala vəsiqə qazanmağa iddialı görünür. Məlumat üçün qeyd edək ki, Kataloniya təmsilçisi bu günə qədər "Bayern Münhen”ə qarşı keçirdiyi 14 oyunda 5 qələbə, 2 heç-heç və 7 məğlubiyyət əldə edib. Bu komandaların arasındakı qol nisbəti isə "Barselona”nın xeyrinədir - 21:20.
 İspaniya və Almaniya nəhəngləri bu günə qədər 10 rəsmi oyunda üz-üzə gəlib ki, bunlardan ikisində "Barselona”, 6-da isə Bundestim təmsilçisi sevinən tərəf olub. Cəmi 2 oyunda isə heç-heçə qeydə alınıb. Bu komandalar Çempionlar Liqası çərçivəsində 8 dəfə qarşılaşıb. Həmin görüşlərdən ikisində kataloniyalılar, 5-də isə "Bavariya” klubu qələbə qazanıb. Bir görüşdə isə tərəflər meydanı sülhlə tərk ediblər. Həmin oyunların qol nisbəti "Bavariya”nın xeyrinədir - 14:11. 
Tarix ərzində 7 oyunçu həm "Barselona”nın, həm də "Bayern Münhen”in heyətində çıxış edib. Bunlar Patrik Andersson, Mark Huges, Pepe Reina, Mark van Bommel, Tiaqo Alkantara, Flippe Koutinyo və Arturo Vidaldır.
Tərəflər arasında ilk oyun isə 1996-cı il aprelin 2-də Avropa Liqası çərçivəsində təşkil olunub və heç-heçə başa çatıb.
Qeyd edək ki, "Barselona” - "Bavariya” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.
 

61952 oxunub

InvestAZ