XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Erkən final: “Barselona” yoxsa “Bavariya”?
İdman 10:17 / 14.08.2020
Avqustun 14-də qitənin ən nüfuzlu klub turnirinin - UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin mərkəzi oyununda "Barselona” və "Bavariya” klubları üz-üzə gələcək. Portuqaliyanın paytaxtı Lissabondakı "Eştadiu da Luş” stadionunda baş tutacaq qarşılaşmanı sloveniyalı referi Damir Skomina idarə edəcək.
"Barselona” bu oyuna üç itki ilə çıxacaq. Kataloniya təmsilçisinin heyətində Samuel Umtiti, Jan-Kler Todibo və Daniel Morer komandaya kömək edə bilməyəcəklər. "Bavariya”da isə müdafiəçi Benjamin Pavard zədə üzündən oyunu buraxmalı olacaq.
Bu oyunun qalibi yarımfinalda "Mançester Siti” - "Olimpik Lion” görüşündə qələbə qazanan komanda ilə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının cari mövsümünün iki yarımfinalçısı artıq məlumdur. İtaliyanın "Atalanta” klubunu mübarizədən kənarlaşdıran "Paris Sen-Jermen” və "Atletiko Madrid”ə qalib gələn "Leyptsiq” klubu növbəti mərhələyə vəsiqə qazanıblar.

31923 oxunub

InvestAZ