XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



AMADA taekvonçumuzu da cəzalandırdı
İdman 17:18 / 13.08.2020
Azərbaycanın daha bir idmançısı dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb. Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumata görə, Ramin Əzizov diskvalifikasiya olunub.  İslam Həmrəyliyi Oyunlarının qalibi olan taekvondoçudan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu, həmçinin idmançı tərəfindən qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə yaxud istifadə cəhdi aşkarlanıb. Onun orqanizmində kannabinoidlər/ carboxy-THC maddəsi tapılıb. O, bu səbəbdən 24 ay cəzalandırılıb. İdmançının diskvalifikasiya müddəti 2020-ci il fevralın 25-dən hesablanmağa başlanılıb. 

43012 oxunub

InvestAZ