XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Yığmamız Tovuzda məşqlərə başlayıb
İdman 16:06 / 13.08.2020
Azərbaycan Velosiped İdmanı Federasiyasının 23 yaşadək gənclər yığmasının üzvlərinin iştirakı ilə Tovuz rayonunda təlim-məşq toplanışına start verilib. COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən karantin rejiminin yumşaldılması çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın 10 avqust tarixindən etibarən açıq havada idman yarışlarının və oyunlarının keçirilməsinə icazə verməsi buna şərait yaradıb. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə avqustun sonunadək Tovuzda hazırlıq keçəcək yığma üzvlərinin sentyabrda Türkiyədə reallaşacaq bir neçə beynəlxalq turnirdə, həmçinin İsveçrədə təşkil olunacaq dünya çempionatında iştirakı planlaşdırılır.
Qeyd edək ki, Fransa hökumətinin 2 həftəlik karantin tələbi səbəbindən yığma komandamız avqustun 24-28-də bu ölkədə təşkil ediləcək Avropa çempionatında iştirak edə bilməyəcək.

34653 oxunub

InvestAZ