XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Sevilya” və “Şaxtyor” da yarımfinada
İdman 10:29 / 12.08.2020
UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Bununla da yarımfinalın bütün iştirakçıları müəyyənləşib. Almaniyanın Duysburq şəhərindəki "MSV Arena"da İngiltərə "Vulverhempton"u İspaniya "Sevilya"sı ilə üz-üzə gəlib. Görüş "Sevilya"nın minimal hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 88-ci dəqiqədə Lukas Okampos vurub. Gecənin digər oyunu isə Gelzenkirxendəki "AufŞalke Arena"da olub. Ukrayna "Şaxtyor"u ilə İsveçrə "Bazel"inin duelində sevinən Donetsk klubu olub. Oyuna erkən qolla başlayan ukraynalılar 2-ci dəqiqədə hesabı açıblar. Junior Moraes adını tabloya yazdırıb. Bundan 20 dəqiqə sonra isə Tayson komandasının üstünlüyünü 2 topa çatdırıb. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıda "Şaxtyor" daha 2 qol vurub. Əvvəlcə 75-ci dəqiqədə penaltidən Alan Patrik, 88-ci dəqiqədə isə Dodo fərqlənib. Oyunda son nöqtəni isə "Bazel"in heyətində Rikki Van Volfsvinkel qoyub - 4:1. Beləliklə, "Şaxtyor" inamlı qələbə ilə yarımfinala adlayıb.

Qeyd edək ki, yarımfinalda "Şaxtyor” İtaliya "İnter”i, "Sevilya" isə İngiltərə "Mançester Yunayted”i ilə üz-üzə gələcək. Bu mərhələnin oyunları avqustun 16-da və 17-də keçiriləcək.


31424 oxunub

InvestAZ