XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Marafon: Basarkeçərdən Xankəndinə qədər
İdman 10:00 / 11.08.2020
ABŞ-ın "AdventureCORPS” təşkilatı 2021-ci ildə Azərbaycanın işğal altındakı torpaqlarında super bir marafon keçirməyi planlaşdırır. Bu haqda işğalçı ölkənin "FMG NEWS” beynəlxalq nəşri məlumat yayıb.
6 gün davam edəcək yarışda ən azı 10 fərqli ölkəni təmsil edən 50 idmançının iştirakı planlaşdırılır. "Artsax Ultra" yarışı Ermənistanın şimal-şərqindəki Vardenis (Basarkeçər) şəhərində başlayacaq və Xankəndində başa çatacaq. Marşrutun ümumi uzunluğu 260 km olacaq. Təşkilatçıların məqsədi Qarabağa idmançı və turist cəlb etməkdir. Onlar bu super marafonu hər il təşkil etməyi və Qarabağda macəra səyahətini inkişaf etdirməyi planlaşdırırlar.
Qeyd olunur ki, "AdventureCORPS” - Ölüm Vadisində (Kaliforniya, ABŞ) keçirilən və özünü "dünyanın ən ağır atletika yarışı" kimi təqdim edən dünya şöhrətli illik "Badwater" ultramarafonunun təşkilatçısıdır.



29743 oxunub

InvestAZ