XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Rayon birinciliyinin qalibləri mükafatlandırılıblar
İdman 17:47 / 05.03.2019

Siyəzəndə 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş şahmat üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb.

10-14 yaşlı yeniyetmə oğlanlar və qızlar arasında keçirilən turnirdə 40-a yaxın şahmatçı yarışıb.

Rayon Gənclər və İdman İdarəsinin Təhsil Şöbəsi ilə birgə təşkil etdiyi yarış İsveçrə sistemi üzrə keçirilib. Birincilik rayonda şahmat idman növünün inkişaf etdirilməsi, stolüstü oyunlara yeniyetmələrin marağının

artırılması, həmçinin perspektivli şahmatçıların üzə çıxarılması məqsədi daşıyıb.

Yarışın final oyunlarının nəticələrinə əsasən oğlanlar arasında Nicat Rəfiyev, Raiq Əliyev və Amid Allahverdiyev müvafiq olaraq ilk üç yeri qazanıblar.

Qızlar arasındakı yarışda Könül Dadaşova I, Zərnişan Musazadə II, Humay Ağayeva III yerə layiq görülüb.

Rayon birinciliyinin qalibləri sonda Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlarla təltif ediliblər.


33446 oxunub

InvestAZ