XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Boccia üzrə milli komandamız təlim-məşq toplanışına başlayıb
İdman 14:50 / 11.08.2020
Azərbaycan Boccia İdman Federasiyasının üzvləri təlim-məşq toplanışında iştirak edirlər. Boccia idman növü üzrə milli komandamızın üzvləri koronavirus pandemiyası ilə əlaqədar məşqləri bir neçə ay ərzində ev şəraitində davam etdiriblər. İdmançıların fiziki hazırlığını artırmaq məqsədilə yığmamız 18 nəfərlik heyətlə Zaqatala Olimpiya İdman Kompleksində açıq havada hazırlıq prosesinə start verib. Avqustun 19-dək davam edəcək təlim-məşq toplanışı Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Azərbaycan Milli Paralimpiya Komitəsinin dəstəyi ilə keçirilir. Hazırlıq prosesi zamanı komandanın üzvləri sosial məsafə və digər karantin qaydalarına məsuliyyətlə riayət edirlər.
 

45411 oxunub

InvestAZ