XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Bu gün Almaniyada daha 2 yarımfinalçının adına aydınlıq gələcək
İdman 11:30 / 11.08.2020
Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin son 2 matçı keçiriləcək. Almaniyanın Duysburq şəhərindəki "MSV Arena"da İngiltərə "Vulverhempton"u İspaniya "Sevilya"sı ilə üz-üsə gələcək. Gelzenkirhendəki "AufŞalke Arena"da isə Ukrayna "Şaxtyor"u İsveçrə "Bazel"i ilə qarşılaşacaq. Bu cütlərin qalibləri avqustun 16-da yarımfinalda görüşəcək. 
11 avqust
 Avropa Liqası, 1/4 final
23:00. "Vulverhempton" (İngiltərə) - "Sevilya" (İspaniya)
23:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Bazel" (İsveçrə)
Qeyd edək ki, ilk oyun günündə "İnter" Almaniya "Bayer"ini 2:1, "Mançester Yunayted" isə Danimarka "Kopenhagen"ini əlavə vaxtda 1:0 hesabı ilə yenib. Nəticədə "İnter" və "Mançester Yunayted" avqustun 17-də digər yarımfinalda bir-birinə rəqib olub. 

39522 oxunub

InvestAZ