XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Millimiz dostluq görüşünün qalibidir
İdman 10:25 / 11.08.2020
Azərbaycan və Türkiyə milli komandaları arasında "Bir millət, iki dövlət” şüarı altında təşkil edilən internet üzərindən sürətli şahmat üzrə dostluq görüşü başa çatıb. Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, yarışın üçüncü - son günündə daha 2 turun oyunları keçirilib. Əvvəlki partiyalarda üstünlüyü ələ alan yığmamız daha iki turu qələbə ilə başa çatdırıb. V turda Azərbaycan komandası 4,5:1,5 hesabı ilə qələbə qazanıb. Komandamızda Günay Məmmədzadə, Vüqar Əsədli, Xanım Balacayeva qələbə qazandığı halda, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Gülnar Məmmədova heç-heçəyə razılaşıb. VI turda təmsilçilərimiz 5:1 hesablı qələbəyə sevinib. Rauf Məmmədov, Gülnar Məmmədova, Vüqar Əsədli, Xanım Balacayeva rəqibi məğlub edib. Şəhriyar Məmmədyarovla Günay Məmmədzadə heç-heçə oynayıb. Altı turun yekun nəticəsində şahmatçılarımız qardaş ölkənin komandasına 26:10 hesabı ilə qalib gəliblər. Sonda təşkilatçılar Azərbaycan-Türkiyə milli komandaları arasında dostluq görüşünün iki qardaş ölkənin federasiyalarının əməkdaşlığında yeni inkişaf mərhələsinə səbəb olacağını vurğulayıb. FİDE tərəfindən keçirilən onlayn şahmat olimpiadasında hər iki komandaya uğurlar arzulanıb. Qeyd edək ki, dostluq görüşü onlayn şahmat olimpiadasına hazırlıq məqsədi daşıyıb.
 

30215 oxunub

InvestAZ