XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Avropa Liqası: ilk yarımfinalçılar müəyyənləşdi
İdman 09:41 / 11.08.2020
Ötən gecə Almaniyada UEFA Avropa Liqasının ¼ final oyunlarından 2-nə yekun vurulub. İtaliya "İnter”I Dusseldorfda Almaniya "Bayer”I ilə üz-üzə gəlib. Görüş «İnter»in qələbəsi ilə yekunlaşıb – 2:1. Hər 3 qol ilk yarıda vurulub. «İnter»in heyətində Nikolo Barella 15-ci dəqiqədə hesabı açıb. 21-ci dəqiqədə Romelu Lukaku fərqi artırıb. 25-ci dəqiqədə Kay Haverts təsəlli qolunu vurub. Qalan vaxtda «Bayer»in bundan artığına gücü çatmayıb. İngiltərənin «Mançester Yunayted» komandası isə Kölndə Danimarka «Kopenhagen»i ilə üz-üzə gəlib. Əsas vaxt qolsuz yekunlaşıb. Nəticədə əlavə vaxt təyin olunub. Görüşün taleyini 95-ci dəqiqədə «qırmızı şeytanlar»ın yeni transferi Brunu Fernandeşin penalti qolu həll edib – 1:0. 
Beləliklə, avqustun 17-də Düsseldorfda keçiriləcək ikinci yarımfinal görüşündə «İnter» və «Mançester Yunayted» üz-üzə gələcək.

29836 oxunub

InvestAZ