XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Qarabağ” “Sileks”i keçsə…
İdman 18:02 / 10.08.2020
Azərbaycan çempionu "Qarabağ”ın avrokuboklardakı növbəti mümkün rəqibi müəyyənləşib.
Bu, Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatmasından sonra bəlli olub.
İsveçrənin Nyon şəhərindəki tədbirdə Ağdam klubunun Şimali Makedoniyanın "Sileks” klubu ilə I təsnifat mərhələsində təşkil etdiyi cütün qalibinin rəqibi bilinib. Qurban Qurbanovun yetirmələri ilk raundu keçsə, "Şerif” (Moldova) - "Fola" (Lüksemburq) cütünün güclüsü ilə qarşılaşacaq.
Bu matç avqustun 25-26-da keçiriləcək. "Qarabağ” - "Sileks” cütünün qalibi bu oyuna evdə çıxacaq.
Qeyd edək ki, Bakıda baş tutacaq "Qarabağ” - "Sileks” oyunu avqustun 18-i və ya 19-da keçiriləcək.


Çempionlar Liqası

2-ci təsnifat mərhələsi

Çempionlar yolu

"Floriana” (Malta)/ÇFR (Rumıniya) cütünün qalibi - "Dinamo” (Zaqreb, Xorvatiya)

"Yanq Boyz” (İsveçrə) - "Klaksvik” (Farer adaları)/"Slovan” (Slovakiya) cütünün qalibi

"Seltik” (Şotlandiya)/"Reykyavik” (İslandiya) cütünün qalibi - "Ferensvaroş” (Macarıstan)/ "Yurqorden" (İsveç) cütünün qalibi

"Flora” (Estoniya)/"Suduva” (Litva) cütünün qalibi - "Makkabi” (Təl-Əviv, İsrail)/"Riqa” (Latviya) cütünün qalibi

"Legiya” (Polşa)/"Drita” (Kosovo)// "Linfild” (Şimali İrlandiya) cütünün qalibi - "Ararat” (Ermənistan)/"Omoniya” (Kipr) cütünün qalibi

"Çelye" (Sloveniya)/"Dandolk” (İrlandiya) cütünün qalibi - "Molde” (Norveç)/"KuPS” (Finlandiya) cütünün qalibi

"Buduçnost” (Monteneqro)/"Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi - "Midülland” (Danimarka)

"Dinamo” (Brest, Belarus)/"Astana” (Qazaxıstan) cütünün qalibi - "Konnah” (Uels)/"Sarayevo” (Bosniya və Herseqovina) cütünün qalibi

"Qarabağ” (Azərbaycan)/"Sileks” (Şimali Makedoniya) cütünün qalibi  "Şerif” (Moldova)/"Fola" (Lüksemburq) cütünün qalibi

"Dinamo” (Tbilisi, Gürcüstan)/"Tirana" (Albaniya) cütünün qalibi - "Srvena Zvezda” (Serbiya)/"Europa” (Cəbəllütariq) cütünün qalibi



Liqa yolu

"Alkmaar” (Niderland) - "Viktoriya” (Çexiya)

PAOK (Yunanıstan) - "Beşiktaş” (Türkiyə)

"Lokomotiv” (Zaqreb, Xorvatiya) - "Rapid” (Vyana, Avstriya)


35242 oxunub

InvestAZ