XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Olimpiada: 15 komanda 2-ci diviziona vəsiqə qazandı
İdman 15:00 / 10.08.2020
Avqustun 9-da Ümumdünya Şahmat Olimpiadasının üçüncü divizionunda oyunlarına yekun vurulub.
Yekun nəticələrə görə, ilk 3 yerdə qərarlaşan 15 komanda 2-ci diviziona vəsiqə qazanıb.
Belə ki, A qrupunda Sinqapur, İrlandiya, Albaniya, B qrupunda Portuqaliya, IPCA, Şotlandiya, C qrupunda Belçika, İordaniya, Tailand, D qrupunda Çili, Boliviya, Danimarka, E qrupunda isə Meksika, Kosta-Rika, Qvatemala növbəti divizionda mübarizə aparacaqlar.
Qeyd edək ki, 3-cü divizionda 50 komanda mübarizə aparıb.
Xatırladaq ki, turnirə 163 komanda qoşulub. Olimpiadanın güclü komandalarından sayılan Azərbaycan yığması avqustun 21-də top divizionda mübarizəyə başlayacaq. Bu nüfuzlu yarışda ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edirlər. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.
Olimpiada avqustun 30-dək davam edəcək.


32155 oxunub

InvestAZ