XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Komandamız dostluq görüşünə qələbə ilə başladı​
İdman 14:45 / 09.08.2020

Azərbaycan və Türkiyə milli komandaları arasında "Bir millət, iki dövlət” şüarı altında internet üzərindən sürətli şahmat üzrə dostluq görüşü start götürüb.​​ Yarışın ilk günündə iki partiyanın oyunları keçirilib. Hər iki partiyada üstünlüyü ələ alan Azərbaycan yığması nəticədə 8,5:3,5 xalla birinci yarış gününü qələbə ilə başa vurub. Komandaya ən çox xalı hər iki partiyada qələbə əldə edən Xanım Balacayeva qazandırıb. Teymur Rəcəbov, Gülnar Məmmədova, Vüqar Əsədli 1,5 xal, Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə hərəyə 1 xal əldə ediblər.

Qeyd edək ki, reqlamentə görə, hər partiyaya 15 dəqiqə vaxt verilir və hər gedişə 5 saniyə əlavə olunur. Turnir üç gün davam edəcək.


35248 oxunub

InvestAZ