XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Barselona” və “Bavariya” 1/4 finalda ​
İdman 10:27 / 09.08.2020

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub. Gecənin son cavab görüşlərində "Bavariya" Almaniyada İngiltərənin "Çelsi", "Barselona" isə İspaniyada İtaliyanın "Napoli" komandasını qəbul edib.​​ Hər iki qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.​

"Barselona” öz meydanında "Napoli” klubunu qəbul edib. İlk oyunda səfərdə 1:1 hesabı ilə heç-heçə edən kataloniyalılar öz meydanında inamlı qələbə qazanıblar - 3:1. Oyunda hesabı meydan sahibləri açıb. Kleman Lanqle adını tabloya yazdırıb. Qoldan 13 dəqiqə sonra "Barselona” ikinci dəfə rəqibi meydanın mərkəzinə dəvət edib. Lionel Messi gözəl qolla fərqlənib fərqlənib. Birinci hissənin son dəqiqələrində meydan sahibləri hesab arasındakı fərqi iki topa çatdırıb. Luis Suares hakimin təyin etdiyi 11 metirlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Bu birinci hissədə son qol olmayıb. Baş hakim bu dəfə penalti zərbəsini "Barselona”nın qapısına təyin edib.
"Napoli”nin futbolçusu Lorentse İnsinye şansı əldən verməyib.
İkinci hissədə hər iki komandanın qol vurmaq şansı olsa da, hesab dəyişməyib.
Günün digər oyununda Almaniyanın "Bavariya” klubu İngiltərənin "Çelsi” komandasını qəbul edib.
Görüş Münhen təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
"Bavariya”nın heyətində Robert Levandovski (2), İvan Perişiç və Korentin Tolisso fərqlənib. "Çelsi”nin təsəlli qoluna Tammi Abraham imza atıb.
Bu komandaların İngiltərədə ilk oyunu "Bavariya”nın böyük hesablı qələbəsi ilə başa çatmışdı - 3:0.
Beləliklə, Çempionlar Liqsasının 1/4 finalında bu komandalar üz-üzə gələcək:

12 avqust: "Atalanta" (İtaliya) - PSJ (Fransa)

13 avqust: "Leyptsiq" (Almaniya) - "Atletiko" (İspaniya)​

14 avqust: "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya)

15 avqust: "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa)

Xatırladaq ki, UEFA Çempionlar Liqasının qarşılaşmaları növbəti mərhələdən "8-lər finalı" formatında Portuqaliyanın paytaxtı Lissabonda oynanılacaq.


32809 oxunub

InvestAZ