XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Dostluq görüşü​ bu gün​ start götürür
İdman 12:54 / 08.08.2020

Avqustun 8-də Azərbaycan və Türkiyə milli komandaları arasında "Bir millət, iki dövlət” şüarı altında internet üzərindən sürətli şahmat üzrə dostluq görüşü start götürəcək.

Yarışda Azərbaycan komandasının əsas heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli, Xanım Balacayeva çıxış edəcəklər. Ehtiyat heyətdə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayeva yer alıblar.
Reqlamentə görə, hər partiyaya 15 dəqiqə vaxt veriləcək və hər gedişə 5 saniyə əlavə olunacaq. Üç gün davam edəcək turnirdə hər gün iki partiya oynanılacaq.
Hər gün saat 19:00-da başlayacaq yarışın partiyaları "İdman TV”də canlı şərh olunacaq.


33389 oxunub

InvestAZ