XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



«Cırtdanlar»ın yarışında yarmfinalçılar müəyyənləşəcək
İdman 17:55 / 07.08.2020
Sabah 2020/21 mövsümü üzrə Çempionlar Liqasının ilkin mərhələsi yeni mövsümlə start veriləcək. Qitənin 4 ən aşağı reytinqli ölkəsinin çempionları I təsnifat mərhələsinə yeganə vəsiqə uğrunda mübarizə aparacaq. İsveçrənin Nyon şəhərindəki Kolovrey İdman Mərkəzində keçiriləcək yarımfinal oyunlarında "Tre Fiori” (San Marino) ilə "Linfild” (Şimali İrlandiya), "Drita” (Kosovo) ilə "İnter” (Andorra) üz-üzə gələcək. Avqustun 11-də isə cütlərin qalibləri arasında final matçı təşki olunacaq. I təsnifat mərhələsinin avqustun 9-da keçiriləcək püşkatması zamanı ilkin mərhələnin qalibi səpələnməmişlər səbətində yer alacaq. Həmin vaxt artıq «cırtdanlar»ın mübarizəsində final cütlüyü müəyyənləşəcək. Məlmuta üçün bildirək ki, Azərbaycan çempionu "Qarabağ” mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Təmsilçimiz püşk zamanı səpələnmiş komandalar arasında yer alacaq. Bundan başqa ilkin mərhələnin qalibi də təmsilçimizin rəqibi ola bilər.  Yarımfinal
 8 avqust 
17:00. "Tre Fiori” (San Marino) - "Linfild” (Şimali İrlandiya) 20:00. "Drita” (Kosovo) - "İnter” (Andorra)  Final 
11 avqust 
20:00. "Drita” (Kosovo) - "İnter” (Andorra) cütünün qalibi - "Tre Fiori” (San Marino) - "Linfild” (Şimali İrlandiya) cütünün qalibi


37820 oxunub

InvestAZ