XƏBƏR LENTİ
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Baş Nazir: “Yay Olimpiya Oyunlarını daha bir il təxirə salmaq mümkün deyil”
Olimpiya oyunları 17:18 / 07.08.2020
Parisdəki Olimpiadanın 2024-cü ilə planlaşdırıldığını və bunun idmançılar üçün ciddi bir sınaq olacağını nəzərə alsaq, Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarını daha bir il təxirə salmaq mümkün deyil. Bu barədə Yaponiyanın Baş Naziri Şinzo Abe müsahibəsində bildirib. Baş Nazir Tokio Olimpiadasının tam formatda keçiriləcəyinə ümid etdiyini söyləyib.
Qeyd edək ki, iyunda Tokio-2020-nin təşkilat komitəsinin rəhbəri Yoşiro Mori və Tokionun qubernatoru xanım Yuriko Koike koronavirus pandemiyası ilə əlaqədar Oyunları sadələşdirməklə bağlı əməkdaşlıq edəcəklərini təsdiqləyiblər. Bu ərəfədə nüfuzlu "Yomiuri Shimbun” qəzeti hökumətin yarışları tam formatda keçirmək niyyətində olduğunu, lakin hələ də davam edən koronavirus pandemiyasına görə Oyunların sadələşdirilmiş variantda təşkilinin müzakirə edildiyini bildirib. Tokio Olimpiadası 2020-ci ildə iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Koronavirus pandemiyası səbəbindən yarışlar bir il sonraya təxirə salınıb. Yarış 2021-ci ilin iyulun 23-dən avqustun 8-dək təşkil ediləcək.

48969 oxunub

InvestAZ