XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Azərbaycan koronavirus səbəbindən avrokuboklardan imtina etdi
İdman 17:45 / 06.08.2020

Azərbaycan voleybol üzrə avrokubokların 2020/21 mövsümündə təmsil olunmayacaq. Buna koronavirus pandemiyası səbəb olub.
Ölkəmizi qitə miqyasında təmsil etməli olan yeganə klub - qadınlardan ibarət "Azərreyl” avrokuboklarda oynamayacaq. Çelenc kubokunda çıxış etməli olan Bakı klubu koronavirusla bağlı məhdudiyyətlər üzündən turnirə qatılmamağı məqsədəuyğun sayıb.
Paytaxt təmsilçisi artıq bu barədə Avropa Voleybol Konfederasiyasına (CEV) da məlumat verib. Nəticədə ötən il olduğu kimi, yenə də beynəlxalq oyunlardan kənar qalacağıq.
Qeyd edək ki, avrokubokların püşkatması avqustun 21-də keçiriləcək.

33185 oxunub

InvestAZ