XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



UEFA Çempionlar Liqası: geridönüş mümkün olacaq?
İdman 14:08 / 05.03.2019

Martın 5-də UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşlərinə start veriləcək.
İlk oyun günündə 1/4 final mərhələsinin ilk iki iştirakçısı müəyyənləşəcək. Almaniyanın "Borussiya Dortmund” klubu doğma meydanda İngiltərənin "Tottenhem” komandasını qəbul edəcək. "Real Madrid” isə Hollandiyanın "Ayaks” klubunu qəbul edəcək. Hər iki görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
İlk qarşılaşmada "Tottenhem” Londonda "Borussiya”nı böyük hesabla məğlub edib - 3:0. Dortmundluların heyətində müdafiəçi Lukaş Pişek zədəli olduğu üçün meydana çıxa bilməyəcək. Yarımmüdafiəçi Kristian Pulişiçin isə matçda iştirak edib-etməyəcəyi bəlli deyil. London klubunda isə zədəli olan yarımmüdafiəçi Deli Allinin bu oyunu buraxacağı dəqiqləşib. Erik Dayer və Hari Vinksin görüşdə iştirakı oyun vaxtı məlum olacaq.
Turun ilk gününün digər oyunu "Santyaqo Bernabeu” stadionunda təşkil olunacaq. "Real Madrid” səfərdə 2:1 hesabı ilə qalib gəldiyindən doğma azarkeşlər önündə hesabı qorumağa çalışacaq. Madridlərin kapitanı Serxio Ramos cəzalı olduğu üçün bu oyunda meydana çıxa bilməyəcək. Yarımmüdafiəçi Markos Lorentenin isə matçda iştirakı sual altındadır. Amsterdam təmsilçisinin heyətində hücumçu Hassan Bande zədə səbəbindən oyunda iştirak etməyəcək.

33912 oxunub

InvestAZ