XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



FIDE olimpiadada qayda pozuntusu aşkarlayıb
İdman 17:42 / 05.08.2020
İlk dəfə onlayn formatda baş tutan Ümumdünya Şahmat Olimpiadası çərçivəsində keçirilmiş oyunlarda qayda pozuntusu aşkarlanıb.
Baza divizionunda Mali (B qrupu), Bruney Darüssalam (4-cü divizion), Honq-Konq (A qrupu) və Nikaraqua (E qrupu) komandalarının şəffaf oyun prinsiplərini pozduqları barədə məlumat verilib.
Qeyd olunub ki, FIDE tam araşdırma aparmayanadək əlavə məlumat yaymayacaq.
Olimpiada çərçivəsində artıq baza və 4-cü divizionlarda yarışlara yekun vurulub. Üçüncü divizionun oyunları avqustun 7-də start götürəcək. Bu mərhələdə dördüncü divizionda fərqlənən 15 komanda da daxil olmaqla 50 yığma mübarizə aparacaq.
Xatırladaq ki, turnirə ümumilikdə 163 komanda qatılıb. Olimpiadanın güclü komandalarından sayılan Azərbaycan yığması avqustun 21-də top divizionda mübarizəyə başlayacaq. Nüfuzlu yarışda ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edirlər. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.
Olimpiada avqustun 30-dək davam edəcək.

31293 oxunub

InvestAZ