XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Futbolda yeni qaydalar təsdiqlədi
İdman 16:53 / 05.08.2020
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyun qaydalarında bir sıra dəyişiklikləri təsdiqləyib. Əsas dəyişikliklər qapıçılar və penaltilərlə bağlıdır. Top qapının yanından və ya çərçivənin üstündən keçdiyi halda qolkiperin etdiyi qayda pozuntusu (hücumçuya qarşı edilən birbaşa kobudluq istisna olmaqla) vərəqə ilə cəzalandırılmayacaq. Qapıçı ilk qayda pozuntunsuna görə şifahi xəbərdarlıq, növbəti halda isə sarı vərəqə alacaq. Hücumçu və qapıçı eyni anda qaydanı pozursa, cəza birinciyə verilir.
Penalti zərbəsi zamanı qapıçı qapı xəttini tərk edirsə, ilk qayda pozuntusuna görə sarı vərəqə ilə cəzalandırılmır. Növbəti halda isə ona vərəqə göstərilməlidir.
Oyun ərzində göstərilən sarı vərəqələr və şifahi xəbərdarlıqlar penaltilər seriyası zamanı qüvvədən düşəcək. Bu, bütün futbolçulara aid olsa da, qapıçılar üçün daha böyük önəm daşıyır. Çünki buna qədər sarı vərəqə almış qolkiper 11 metrlik cərimə zərbələri zamanı səhv edərsə, bu, avtomatik olaraq meydanda qovulma deməkdir.
IFAB və futbol qaydalarına görə penaltilər seriyası oyunun bir hissəsi hesab olunmur. Bu, qalibi müəyyənləşdirmək üçün əlavə vasitədir.

39066 oxunub

InvestAZ