XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Dünya çempionu «Real»a qayıdır
İdman 11:30 / 05.08.2020
Madrid "Real"ın və "Portu"nun keçmiş qapıçısı İker Kasilyas futbol karyerasını başa vurub.Bu barədə 39 yaşlı qolkiper özünün "Tvitter" hesabında yazıb.
«Mən əminliklə deyə bilərəm ki, bu uğurlu yol idi. Mən bu yolu layiqincə başa vurdum», - deyə ispaniyalı qapıçı yazıb.
Qeyd edək ki, Kasilyas 2019-cu ilin mayında "Portu"nun məşqində infarkt keçirmişdi. Bundan sonra o, matçlarda iştirak etməyib.
Xatırladaq ki, "Real"ın yetirməsi olan Kasilyas Madrid təmsilçisində 510 oyuna çıxıb və 2015-ci ildə klubdan ayrılıb. O, İspaniya millisi ilə 2010-ci ildə dünya 2008, 2012-ci illərdə Avropa çempionu olub. Kasilyas 2015-ci ildən "Portu"da çıxış edirdi. Yerli mətbuatın yazdığı xəbərlərə görə, dünya və ikiqat Avropa çempionu Madrid "Real"ında prezident Florentino Peresin müşaviri olacaq.


33456 oxunub

InvestAZ