XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Ölkə birinciliyinin qalibləri müəyyənləşib
İdman 11:20 / 05.03.2019
5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə 2001-ci il təvəllüdlü və daha aşağı yaşlı stolüstü tennisçilər arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub.
Ölkə birinciliyində Bakı, Sumqayıt, Şəki, Qax, Şabran, Şirvan, Daşkəsən, Gədəbəy, Zərdab, Ağdaş komandalarından 80-ə yaxın idmançı iştirak edib. Şəxsi yarışlarda ilk üçlükdə oğlanlar arasında Emin Məmmədov, İbrahim Ansari və Nihad Məmmədov, qızlar arasında isə Nəzakət Qarayeva, Ləman Əbdülhəmidova və Fatimə Cəfərova qərarlaşıblar.
Ümumi komanda hesabında Bakının stolüstü tennisçiləri birinci yeri tutublar. İkinci və üçüncü yerlərə Sumqayıt və Şabran idmançıları layiq görülüblər.
Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, Stolüstü Tennis Federasiyasının kubok və hədiyyələri təqdim edilib.

32707 oxunub

InvestAZ