XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Pilot qəza səbəbi ilə yarışı dayandırdı
İdman 19:33 / 03.08.2020

"Alpha Tauri" komandasının rusiyalı pilotu Danil Kvyat Böyük Britaniyanın Formula 1 Qran-prisi çərçivəsində törətdiyi qəzanın səbəblərini açıqlayıb. O, bu barədə şəxsi instagram hesabında qeyd edib.

İdmançının sözlərinə görə, onun yoldan çıxmasına səbəb təkərin deşilməsi olub. Pilot qeyd edib ki, nasazlıq onu finişə çatmasından məhrum etməzdən əvvəl yarış çox yaxşı keçirdi.
Qeyd edək ki, rusiyalı bolid yarışın 13-cü dairəsində qəzaya düşüb. Beləliklə, D.Kvyat vaxtından əvvəl mübarizəni dayandırmaq məcburiyyətində qalıb. Bolidi yoldan çıxan zaman pilot 12-ci pillədə qərarlaşmışdı. Danil Kvyat qəzada xəsarət almayıb və nəqliyyat vasitəsini kənar yardım olmadan tərk edib.


35348 oxunub

InvestAZ