XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



İtaliya A seriyasında mükafatçılar müəyyənləşdi
İdman 12:43 / 02.08.2020

İtaliya A seriyasında sonuncu - XXXVIII turun oyunları kecirilir.​ Turun ilk günündə 5 qarşılaşma keçirilib. Gümüş və bürünc medalların sahibləri son turda bəlli olub. Çempionun iki ən yaxın izləyicisi Berqamoda üz-üzə gəlib. Səfər qələbəsi qazanan "İnter” ikinci olubsa, "Atalanta” bürünclə kifayətlənib.

Bürüncü ələ keçirmək şansı olan "Latsio” Neapolda uduzaraq mövsümü mükafatsız bitirib. "Yuventus” isə çempion kimi çıxdığı daha bir qarşılaşmada uduzub. Turinlilər evdə "Roma”dan zəif olub.
Koronavirus pandemiyası bağlı fasilədən sonra uğurlu çıxışı ilə diqqət çəkən "Milan” "Kalyari”ni darmadağın edib. "Breşiya” isə A seriyasındakı son matçında "Sampdoriya” ilə sülhə imza atıb.
Qeyd edək ki, A seriyasında mövsümə avqustun 2-də yekun vurulacaq.

İtaliya A seriyası

XXXVIII tur

1 avqust

"Breşiya” – "Sampdoriya” – 1:1

Torreqrossa, 49 (pen.) – Leris, 41

"Milan” – "Kalyari” – 3:0

Klavan, 10 (avtoqol), İbrahimoviç, 55, Kastilyexo, 57

"Atalanta” – "İnter” – 0:2

Dambrozio, 1, Yanq, 20

"Yuventus” – "Roma” – 1:3

İquayn, 5 – Kaliniç, 23, Perotti, 44 (pen.), 52

"Napoli” – "Latsio” – 3:1

Fabian, 9, İnsinye, 54, Politano, 90 – İmmobile, 22


40983 oxunub

InvestAZ