XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Premyer liqa nə vaxt start götürə bilər?
İdman 11:42 / 31.07.2020

Xəbər verdiyimiz kimi, AFFA-nın İcraiyyə Komitəsinin iyunun 18-də keçirilən iclasında 2020/2021-ci il mövsümündə ölkədaxili futbol yarışlarının keçirilməsi və milli komandaların təlim-məşq toplanışları üçün təqvim planının hazırlanması məqsədilə İşçi Qrupun yaradılması barədə qərar qəbul edilmişdi. Qərara uyğun olaraq, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov tərəfindən İşçi Qrup yaradılıb.

Assosiasiyanın vitse-prezidenti Vaqif Sadıqov İşçi Qrupunun sədri seçilib. Qrupda Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov, AFFA-nın Texniki direktorunun səlahiyyətlərini icra edən Cahangir Həsənzadə, AFFA-nın baş həkimi Vyaçeslav Xomenko və Peşəkar Futbol Liqasının (PFL) texniki idman şöbəsinin müdiri Elgiz Abbasov yer alıblar.
İşçi Qrupun üzvləri aparılan müzakirələrdən və Premyer Liqada çıxış edən klubların rəyi öyrənildikdən sonra Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümünə bu il avqustun 21-də start verilməsi ilə bağlı təklifi AFFA-ya təqdim ediblər. İşçi Qrupun təklifi AFFA tərəfindən PFL-ə təqdim olunub.
PFL-in bu barədə qərarının qəbulundan əvvəl COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq AFFA tərəfindən müvafiq strukturlara müraciət edilib.


43955 oxunub

InvestAZ