XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Useyn Bolt futbolçu karyerasını bitirib
İdman 12:02 / 29.01.2019

Atletika üzrə səkkizqat Olimpiya çempionu, məşhur sprinter Useyn Bolt futbolçu karyerasını bitirib. Avstraliyanın A liqasında çıxış edən "Sentral Kost Mariners” klubu ilə yoxlama oyununda qollar vuran Bolt peşəkar müqavilə imzalamaq üçün yaxşı təkliflər almadığı üçün bu qərarı verdiyini bildirib.
Bolt 2017-ci ilin sonunda atletika karyerasını bitirib və futbolla məşğul olmaq istəyib. Yamaykalı idmançı "Pekin-2008”, "London-2012” və "Rio-2016”də 100 və 200 metrə məsafəyə qaçış yarışlarında Olimpiya çempionu olmuş yeganə idmançıdır. O, həmçinin 100 və 200 metr məsafəyə qaçışda dünya rekordçusudur.
Qeyd edək ki, 2018-ci ilin avqustundan Avstraliya klubu ilə məşqlərə çıxan Bolt maliyyə məsələsində komanda ilə razılaşmadığı üçün "Sentral Kost Mariners”lə yollarını ayırıb.

30396 oxunub

InvestAZ