XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Azad Rəhimov: “İdmançılarımızın bu oyunlarda iştirakı çox vacibdir”
İdman 17:57 / 04.03.2019


Birləşmiş Ərəb Əmirliklərində (Əbu-Dabi) keçiriləcək Xüsusi Yay Olimpiya Oyunlarında Azərbaycanı 56 idmançı təmsil edəcək. Bizim üçün Xüsusi Yay Olimpiya Oyunları və idmançılarımızın bu oyunlarda iştirakı çox vacibdir. Xüsusi qayğıya ehtiyacı olan insanlar cəmiyyətimizin üzvləridir və cəmiyyətdə gedən bütün proseslərə qatılmalıdırlar. Azərbaycanda bu sahəyə xüsusi diqqət yetirilir. Ötən il Xüsusi Olimpiya Hərəkatının 50-ci ildönümünə həsr olunmuş əsas tədbirlərdən biri olan Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin XX Qlobal Forumunun Bakıda təşkili göstərir ki, Azərbaycanda bu sahədə mühüm işlər görülür.
Bunu martın 4-də gənclər və idman naziri Azad Rəhimov Xüsusi Yay Olimpiya Oyunlarına hazırlaşan atletlərimizlə görüşdə jurnalistlərə müsahibəsində bildirib.
Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan insanlara daim diqqət və qayğının göstərildiyini vurğulayan nazir gələcəkdə daha çox insanın onlara dəstək verəcəklərinə inandığını vurğulayıb. A.Rəhimov milli komandamıza uğurlar arzulayıb və onların Vətənə medallarla qayıdacaqlarına əminliyini bildirib.

36369 oxunub

InvestAZ