XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



"Qarabağ" Matiçi heyətinə cəlb edib
İdman 18:00 / 27.07.2020

Ağdamın "Qarabağ" futbol klubu yeni mövsüm üçün heyətini gücləndirməyə davam edir. Ağdam təmsilçisi Danimarkanın "Kopenhagen" klubundan Uroş Matiçi heyətinə qatıb. Yarımmüdafiəçi ilə 3 (2+1) illik müqavilə imzalanıb. Klubun rəsmi saytına açıqlama verən futbolçu deyib: "Təbii ki, "Qarabağ" haqqında məlumatım var idi. Bilirdim ki, ölkənin ən böyük klubudur. Müntəzəm olaraq avrokuboklarda çıxış edir, bu da mənim "Qarabağ"ı seçməyimdə əsas rol oynadı. Artıq "Qarabağ"ın içindəyəm. Bir daha şahidi oldum ki, bu uğurların heç biri təsadüf deyil. Komandada çox yaxşı ailə atmosferi var və çox xoşbəxtəm ki, bu ailənin bir üzvünə çevrildim. Yeni komandama fayda vermək üçün bütün gücümlə çalışacağam və oyunumla özümü azarkeşlərə sevdirəcəyəm".


32926 oxunub

InvestAZ