XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Çempionluqdan yorulmayan "Qoca Sinyora"
İdman 10:16 / 27.07.2020

İyulun 26-da futbol üzrə İtaliya A Seriyasında 36-cı turun son oyunu keçirilib.

Turindəki "Alyans Arena"da "Yuventus" klubu "Sampdoriya"nı qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.
Hesabı 45+7-ci dəqiqədə Kriştianu Ronaldu açıb. Oyunun 67-ci dəqiqəsində isə Federiko Bernardeski yekun nəticəni müəyyənləşdirib. Qarşılaşmanın 77-ci dəqiqəsində "Sampdoriya"dan Morten Torsbi ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. Matçın 89-cu dəqiqəsində isə Ronaldu penaltidən yararlana bilməyib. Onun zərbəsi qapı tirinə tuş gəlib. Hazırda aktivində 31 qolu olan portuqaliyalı hücumçu bombardirlər siyahısında lider Çiro İmmobiledən 3 top geri qalır.
Bu qələbə sayəsində xalını 83-ə çatdıran "Yuventus" sona iki tur qalmış ən yaxın izləyicisi "İnter"i 7 xal geridə qoyub və ardıcıl 9-cu mövsümü qızıl medalla başa vurub. Ümumilikdə "Qoca Sinyora" tarixində 36-cı dəfə İtaliya çempionu olaraq, rekordunu yeniləyib.
"Yuventus"a rəhbərlik edən Mauritsio Sarri isə A Seriyasında Skudetto qazanan ən yaşlı baş məşqçi adına sahib çıxıb. Sarri 61 yaşında ikən bu nailiyyətə imza atıb. Daha əvvəl isə Nils Lidholm 1983-cü ildə "Roma"da ikən 60 yaşında çempionluq əldə etmişdi.
"Sampdoriya" isə hazırda 41 xalla 15-ci yerdə gedir və B Seriyasına enmə təhlükəsindən xilas olub.

"Yuventus" - "Sampdoriya" - 2:0 Qollar: Ronaldo, 45, Bernardeski, 67


33795 oxunub

InvestAZ