XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Barselona”nın prezidenti transferlər barədə danışdı
İdman 18:34 / 26.07.2020

"Barselona"nın prezidenti Xosep Bartomeu klubun transfer siyasəti barədə danışıb.

Klub rəhbəri PSJ-nin hücumçusu Neymar və "İnter"in qolçusu Lautaro Martinesin mümkün keçidini dəyərləndirib.
O, hər iki oyunçunu yay fasiləsində alınacağını istisna etməyib: "Neymarın transferini həyata keçirmək çətindir. Başqa bir oyunçu mütləq əks istiqamətə getməlidir. "İnter"lə Lautaro barədə danışdıq. Ancaq hələlik fasilə vermişik. Bu məsələyə Çempionlar Liqası bitdikdən sonra qayıdacağıq".
Qeyd edək ki, hər iki futbolçu "Barselona"ya keçmək niyyətində olsa da, İspaniya təmsilçisi onların klubları ilə razılıq əldə etməyib.


37522 oxunub

InvestAZ