XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Basketbolçu qadınların özünəməxsus etirazı
İdman 14:16 / 26.07.2020

"Nyu-York” və "Siyetl” qadın Milli Basketbol Assosiasiyasının (MNBA) klublarının oyunçuları irqçiliyə etiraz əlaməti olaraq mövsümün ilk oyunundan əvvəl ABŞ himninin səsləndirilməsindən sonra meydançanı tərk ediblər.

Daha sonra basketbolçular meydançaya qayıdıb 26 saniyə müddətində səssiz qalıblar.​​ Buna səbəb mart ayında polis əməkdaşı tərəfindən qətlə yetirilmiş 26 yaşlı qaradərili təcili yardım xidmətinin əməkdaşı Breonne Teylorun xatirəsi olub. İlk atışdan əvvəl Leyşia Clarendon və Brianna Stüart bu mövsümün Breonne Teylor və "Black Lives Matter” ("qaradərilərin həyatı önəmlidir”) hərəkatına həsr olunduğunu söyləyən çıxışlar ediblər.
Qeyd edək ki, qarşılaşma "Siyetl” komandasının 87:71 hesablı qələbəsi ilə başa çatıb. ​


44857 oxunub

InvestAZ