XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Myanmar,​ Livan, Kipr​ liderliyə yüksəlib
İdman 13:01 / 26.07.2020

Ümumdünya Şahmat Olimpiadasının baza divizionunda birinci günün yarışları keçirilib.​​ Yarışda A, B və C qruplarının hər birində 10 komanda olmaqla, ümumilikdə 30 komanda mübarizə aparıb.​​ Sürətli şahmat üzrə keçirilən yarışın A qrupunda Myanma, B qrupunda Livan, C qrupunda isə Kipr komandaları 6 xalla liderlik edirlər. Bu gün ikinci günün yarışları keçiriləcək.

Seçmə yarışlarda hər qrupdan dörd komanda növbəti mərhələyə - 4-cü diviziona vəsiqə qazanacaq. Üç gün davam edəcək seçmə yarışların növbəti mərhələsi iyulun 29-dan 31-dək keçiriləcək.
Turnirə ümumilikdə 163 komanda qatılıb. Ən güclü komandalar, o cümlədən Azərbaycan şahmatçıları top divizionda mübarizə aparacaqlar. Bu nüfuzlu yarışda ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edirlər. Olimpiada avqustun 30-dək davam edəcək.
Xatırladaq ki, Ümumdünya Şahmat Olimpiadası ilk dəfə 1927-ci ildə Londonda keçirilib. Yarış 1950-ci ildən başlayaraq iki ildən bir təşkil olunur. Azərbaycan 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edib. Sonuncu – 43-cü Olimpiada Batumidə təşkil olunub.


38147 oxunub

InvestAZ