XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Badminton Federasiyasında​​ dəyişiklik
İdman 10:44 / 26.07.2020

Ümumdünya Badminton Federasiyası qurumun şurasında təmsil olunanlar arasında gender bərabərliyinin təmin olunması barədə konstitusional dəyişiklik edib.​​ Danimarkanın paytaxtı Kopenhagendə Ümumdünya Badminton Federasiyasının videokonfrans formatında 81-ci illik baş iclası baş tutub.​​ Toplantıda Ümumdünya Badminton Federasiyasının Şurasında coğrafi və gender təmsilçiliyinin təmin olunması istiqamətində qərarlar qəbul edilib.

Beləliklə, təşkilatın şurasında təmsilçilik üçün gender bərabərliyi hər cins üçün minimum 30 faiz müəyyən edilməklə və hər qitədən təmsilçilərin olması təmin edilməklə konstitusiyaya dəyişiklik təsdiq edilib. Bu, 2020-ci ilin sonuna kimi bütün beynəlxalq federasiyalarda qərarverici orqanların işində 30 faiz gender iştirakının hədəf kimi götürülməsi üçün Beynəlxalq Olimpiya Komitəsinin irəli sürdüyü tövsiyədir.
Ümumdünya Badminton Federasiyasının prezidenti Poul-Erik Hoyer qurumun tarixində ilk dəfə virtual şəkildə keçirilən illik baş iclasın yekunlarını əhəmiyyətli hadisə adlandıraraq Yay Olimpiya İdman növləri Beynəlxalq Federasiyalar Assosiasiyaları arasında Ümumdünya Badminton Federasiyasının 3-cü pillədə olmasını fantastik nəticə adlandırıb.


34724 oxunub

InvestAZ